Dünya

Koronavirus qorxusundan 9 ay evdən çıxmadı, ilk çıxdığı gün ÖLDÜ

9 Avqust 2021 20:04
0 Şərh     Baxış: 2 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin Ueymut şəhərinin 62 yaşlı sakini Sara Lyuis koronavirus qorxusundan 9 ay ərzində evdən bayıra çıxmayıb, lakin onun ölümünə səbəb də dolayısı yolla elə virusdan qorxusu olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Sara küçəyə çıxdığı ilk gün dünyasını dəyişib.

Belə ki, qadın yolu keçərkən yaxınlıqdakı avtomobilə fikir verməyib və başı çantasından maska çıxartmağa qarışıb. Həmin an Saranı görməyən sürücü maşını arxaya verərkən qəza törədib.

Avtomobilin altında qalan qadın hadisə yerində keçinib.

İstintaq zamanı Lyuisin virusa yoluxma ehtimalı yüksək olan həssas qrupa daxil olduğu məlum olub. O, ötən ilin payız aylarından evdən bayıra çıxmayıb. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory