Dünya

Livanda qarşıdurmalar - 84 nəfər yaralandı

5 Avqust 2021 12:16
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanda ötən il paytaxtda baş vermiş partlayışın qurbanlarının yad edilməsi ilə bağlı mitinqdə iğtişaşlar baş verib. 

"Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Livanın Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Corc Kettane verib.

Onun sözlərinə görə, radikal təşkilatların üzvləri paytaxt Beyrutda keçirilən mitinqdə iğtişaşlar törədib.

Radikallar və mitinq iştirakçıları arasında baş verən qarşıdurmalar zamanı gözyaşardıcı qazdan istifadə olunub. Nəticədə isə 84 nəfər xəsarət alıb.

Yaralılardan 13-ü xəstəxanaya çatdırılıb. Digərlərinə isə hadisə yerində tibbi müdaxilə edilib. 

Bildirilir ki, ölkə parlamentinin binasının yaxınlığında baş verən qarşıdurmalar 3 saata qədər davam edib. 

Bununla yanaşı, ən sərt qarşıdurmalar Telekommunikasiya Nazirliyinin yanında baş verib. Belə ki, radikal etirazçılar burada bir neçə ofisə basqın edib və onlardan birini yandırıb. Yanğını tez bir zamanda nəzarət altına almaq mümkün olub. 

Qeyd edək ki, ötən il avqustun 4-də Beyrutda limanda kimyəvi partlayış baş verib. Partlayış nəticəsində 200-ə yaxın sakin həlak olub, 5000 nəfər isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.