İspaniyanın Malaqa əyalətində rusiyalı qadın öldürülüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü EFE agentliyi məlumat yayıb.
Bildirilib, 36 yaşlı qadının qətlində şübhəli bilinən şəxs bir neçə ay birlikdə yaşadığı 53 yaşlı kişidir.
Cinayət Rinkon de la Viktoria yaşayış məntəqəsində törədilib.
Hadisə ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançez "Twitter" hesabında mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Milli.Az