Dünya

Türkiyədə yanğından zərər çəkən 864 xəstədən 837-si evə buraxılıb

1 Avqust 2021 19:39
0 Şərh     Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədəki yanğınlardan indiyədək 864 nəfər zərər çəkərək xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twıtter səhifəsində yazıb.

Nazir bildirib ki, hazırda onların 27-si xəstəxana şəraitində müalicə olunur:

"Marmaris və Bodrumdakı 203 nəfər yanğının təsirinə məruz qalıb, 186-sı müalicə olunaraq evə buraxılıb. Mersindəki yangının təsirindən 154 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicələri bitib, evə buraxılıb. Manavgatdakı yanğından isə 507 nəfər zərər görüb, 497-si müalicə olunaraq xəstəxanadan buraxılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.