Dünya

Rəsmi Vaşinqtondan Azərbaycanla Ermənistana çağırış

29 İyul 2021 12:38
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ sərhəddə vəziyyətin deskalasiyası üçün Azərbaycan və Ermənistanı dərhal tədbirlər görməyə çağırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Praysın bəyanatında yer alıb.

"ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə zorakılığın artması halını qınayır. Hər iki ölkəni vəziyyətin deskalasiyası üçün dərhal tədbirlər görməklə atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə Ned Prays bildirib.

Onun sözlərinə görə, sərhəddə davam edən gərginliklər göstərir ki, bütün həll olunmayan məsələlərə aid olan hərtərəfli həll yolu hər iki ölkə arasında münasibətləri normallaşdıra və region sakinlərinə birlikdə dinc şəkildə yaşamağa imkan verə bilər. 

"ABŞ münaqişənin siyasi yolla uzunmüddətli həlli üçün Azərbaycanla Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mümkün olan tez bir zamanda substantiv danışıqlara qayıtmağa çağırır", - deyə bəyanatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.