Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aramsız yağan leysan yağışları və çayların məcrasından çıxması Avstriyanın bir sıra bölgəsində dağıntılara səbəb olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 17-də axşamdan başlayan güclü yağış nəticəsində Kotbax çayında suyun səviyyəsi qalxıb və Zaltsburq əyalətinin Hallayn şəhərinin qədim mərkəzi su altında qalıb. Eləcə də Yuxarı Avstriya əyalətində torpaq sürüşmələri və daşqınlar baş verib.
Avstriyanın dağlıq regionlarında yağıntıların hələ də davam edəcəyini nəzərə alaraq, rəsmi qurumlar həyəcan xəbərdarlığı elan ediblər. Zaltsburq və Yuxarı Avstriya əyalətlərində şənbədən bazar gününə keçən gecə fövqəladə halların aradan qaldırılması üçün yanğınsöndürən və xilasedicilər 669 məntəqədə fəaliyyətdə olublar.
Güclü yağıntılar Tirol əyalətində, eləcə də paytaxt Vyana və onun ətraf ərazilərində problemlər yaradıb. Yağıntıların çaylarda suyun səviyyəsini daha da artıracağını nəzərə alaraq, hazırda təhlükəli hesab edilən ərazilərdə çayların sahili bərkidilir, bəndlər qurulur.
Avstriyada son onilliklərdə dəfələrlə daşqınlar baş verdiyinə görə, daşqınlara qarşı təkmil mühafizə sistemi qurulub. Rəsmi qurumların məlumatına görə, fərdi yaşayış evləri, əmlak və təsərrüfatlara zərər dəysə də, əhali arasında ölüm halları baş verməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib





