Dünya

Jurnalist şantajla “Real”dan 10 milyon avro istəyib

15 İyul 2021 21:58
0 Şərh     Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Madrid "Real"ının prezidenti Florentino Pereslə bağlı qalmaqalın yeni təfərrüatları açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bundan əvvəl "El Confidencial"  nəşri Peresin iştirakı ilə bir sıra telefon danışıqlarını yayıb. Bu səsyazılarından birində Peres "Real"ın əfsanəsi hesab olunan Raul Qonsales və İker Kasilyası "klub tarixinin ən böyük fırıldaqçıları" adlandırıb. Digər bir səsyazısında isə o, Kriştianu Ronaldu və Joze Mourinyunun ünvanına təhqirlər səsləndirib.

"Onda Cero" nəşri isə qeyd edir ki, "Real"da səsyazmaların varlığından xəbərdar olublar. Belə ki, 2011 jurnalist Xoce Antonio Abelyan klubun vitse-prezidenti ilə görüşüb. O, 10 milyon avro qarşılığında səsyazmaları yox edə biləcəyini bildirib.

"Real"ın nümayəndəsi sözügedən şantajı qəbul etməyib. Bundan sonra jurnalist səsyazmaları bir sıra nəşrlərə təklif edib. Lakin nəşrlər etik prinsiplər və məhkəmə prosesləri qorxusu ilə bundan imtina ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.