Dünya

Ermənistan separatçılara əlavə 14 milyon göndərir

15 İyul 2021 19:18
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hökuməti Qarabağdakı separatçılara əlavə 7,3 milyard dram (14 milyon dollar) yardım ayıracaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul olunub. Bu vəsait hesabına 130 dollarlıq müavinətlərin verilişinin davam edəcəyi bildirilib.

İclasda çıxış edən Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ümumilikdə Qarabağdakı ermənilərə 61,8 milyard dramın ayrıldığını və bu vəsaitin il ərzində 84 milyard drama (163 milyon dollar) çatdırılacağını bildirib.

Bununla bərabər Ermənistan hökumətinin yaxın 3 ildə Qarabağda ev tikintisinə 52 milyard dram (100 milyon dollar) verəcəyi vurğulanıb. Eyni miqdarda vəsaitin Hayastan Fondundan da ayrılacağı qeyd edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.