Dünya

Brenson kosmos səyahətində Bezosu qabaqladı - VİDEO

11 İyul 2021 20:44
0 Şərh     Baxış: 1 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı milyarder Riçard Brenson dünyanın ən varlı adamı və "Amazon"un qurucusu Ceff Bezosdan daha əvvəl kosmosa uçub.

Bu barədə "Virgin Galactic" şirkəti "Twitter" hesabında məlumat verib.

Şirkətə məxsus "Unity-22" kosmik uçuş aparatını daşıyan "Eva" təyyarəsi ABŞ-ın Nyu-Meksika ştatındakı bazadan havaya qalxıb. Aparatın artıq Yerin atmosferilə kosmos arasında sərhəd hesab edilən Karman xəttini keçərək geri qayıtdığı bildirilib.

Qeyd edək ki, Bezosun uçacağı "New Shepard" suborbital kosmik gəmisinin uçuşu 20 iyul tarixinə planlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.