Dünya

Moskva – Antalya reysinin cəsarətli sərnişini təyyarədəkiləri boğulmaqdan xilas etdi - VİDEO

11 İyul 2021 11:46
Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva - Antalya reysi ilə uçmalı olan təyyarədə yaranmış texniki nasazlıq sərnişinləri ciddi narahatlığına səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntüləri "Mash" "Telegram" kanalı yayımlayıb.

Bildirilib ki, sözügedən reys üzrə səfərə hazırlaşan təyyarənin kondisioner sistemi sıradan çıxıb və uçuş təxirə salınıb. Bununla belə, xəta aradan qaldırılana qədər sərnişinləri təyyarənin göyərtəsindən təxliyyə etməyiblər.

İki saata yaxın qapalı vəziyyətdə qalan insanların səhhətində problemlər yaşanıb. Onlardan bəziləri istiyə dözməyərək huşlarını itiriblər.

Lakin mövcud vəziyyətlə barışmaq istəməyən sərnişinlərdən biri qəhrəmanlıq etmək qərarına gəlib. O, təyyarənin qəza çıxış lyukunu açaraq insanların hava almasına şərait yaradıb.

Hələlik, həmin sərnişinin bu qəhrəmanlığının hansı nəticə verməsi ilə bağlı məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.