Dünya

ABŞ polkovniki: Müharibə etsək, Rusiya qalib gələcək

10 İyul 2021 11:09
0 Şərh     Baxış: 1 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO Rusiya və Çinlə mümkün müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan polkovniki Mark Hansinger deyib.

Onun sözlərinə görə, ABŞ silahlı qüvvələrin inkişaf yolunu yanlış seçib:

"Pentaqon "keyfiyyət kəmiyyətdən üstündür" devizi ilə hərəkət edərək ordu qüvvələrinin sayını azaldır və ümid edir ki, yeni texnologiyalar döyüş qabiliyyətini artıracaq. Bu gün Amerika tərəfi bərabər səviyyəli rəqibin dərinliklərə hücumunu dəf etmək, nüvə zərbəsinin qarşısını almaq, ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər gücə sahib deyil. Rusiya və Çinə qalib gəlmək üçün düşmən torpaqlarına genişmiqyaslı hücum edə biləcək orduya ehtiyac var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.