Dünya

Nyu-Yorkda güclü yağış nəticəsində bir neçə metro stansiyasını su basıb

9 İyul 2021 21:09
0 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü leysan yağışları ABŞ-ın Nyu-York şəhərində daşqınlara səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində bir neçə metro stansiyası su altında qalıb, avtomobil yollarında hərəkət çətinləşib.

İyulun 8-də Nyu-York şəhəri və ətraf rayonlar güclü leysan yağışlarının təsirinə məruz qalıb. Şəhərin Tranzit Daşımaları İdarəsinin müvəqqəti prezidenti Sara Feynberq sakinləri imkan daxilində evdən çıxmamağa çağırıb.

"Daşqın zonalarında yerləşən metro stansiyalarını möhkəmləndirmişik... Briqadalarımız problemi aradan qaldırana qədər su altında qalan stansiyalara girməyin", - deyə Nyu-York şəhərinin Tranzit Daşımaları İdarəsi tviter səhifəsində sakinlərə tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.