Dünya şöhrətli italiyalı aktrisa və müğənni Rafaella Karra 78 yaşında dünyasını dəyişib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb. Bildirilir ki, sənətçi uzun sürən xəstəlikdən vəfat edib.
Karranın dəfni ilə bağlı məlumatlar hələlik açıqlanmır.
Xatırladaq ki, 2011-ci ildə "Eurovision" müsabiqəsində səsləri Karra təqdim etmişdi. O, İtaliyada keçiriləcək Eurovision-2022 mahnı müsabiqəsinin aparıcılarından olmaq istəyini bildirmişdi.
Milli.Az