Dünya

Qatar xətti su altında qaldı - Hərəkət dayandırıldı - VİDEO

5 İyul 2021 20:30
0 Şərh     Baxış: 1 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlverişsiz hava şəraiti Türkiyənin əksər bölgələrində ciddi problemlər yaratmaqda davam edir. Sel və daşqınlar nəqliyyatın, o cümlədən qatarların hərəkətinə də problemlər yaradıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İiyulun 3-nə proqnozlaşdırılan güclü yağış və külək Ankarada da fəsadlara səbəb olub. 

Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin məlumatına görə, Ankara-Konya sürətli qatar xəttinin Sarayönü hissəsi sular altında qalıb.

Bu səbəbdən Ankara-Konya, İstanbul-Konya və əks istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Hazırda təbii fəlakət bölgəsinə xilasedici və bərpa briqadaları cəlb olunub. 

Su altında qalan dəmir yolunda qatarların hərəkətinin təhlükəsizliyi bərpa olunandan sonra qatarların işləməsinə icazə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.