Dünya

Sentyabrda bizi nə gözləyir?

2 İyul 2021 21:59
0 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üçüncü koronavirus dalğası iyulun ortalarında azala bilər, eyni zamanda cəmi bir neçə ay ərzində yoluxmada artım gözlənilir.

Milli.Az xəbər verir ki, bu sözləri Rusiya Genetik Tədqiqatlar Elmi Mərkəzinin baş direktoru Andrey İsayev söyləyib.

"Epidemiyalar dalğalar halında inkişaf edir, yoluxma sayında çoxalmadan sonra hər zaman azalma olur. Ümid edirəm ki, mövcud dalğa iyulun ortalarına qədər azalacaq", - ekspert TASS-a verdiyi müsahibəsində bildirib.

A.İsayev hesab edir ki, yeni dalğa sentyabr ayının sonunda baş verə bilər. Odur ki, alim epidemiyanın bu dövrünə güclü immunitetlə girmək üçün ən qısa müddətdə peyvənd olunmağı tövsiyə edir:

"İnanıram ki, peyvəndin təsirini sentyabr ayında, dördüncü dalğa zamanı görəcəyik. Yoluxmaların davam etməsi kədərlidir, lakin gözlənilən həqiqətdir". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.