Dünya

"Eyni millətdən olsaydıq, Ukrayna bayrağı Moskvada dalğalanardı" - Zelenski

1 İyul 2021 17:48
Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Vladimir Putin "Birbaşa Xətt" proqramında Ukrayna ilə bağlı açıqlamalar verib. Belə  ki, Putin "Ukraynalıları və Rusları bir millət kimi görürəm",- deyə ifadə işlədib.  Rusiya liderinin bu açıqlaması Ukraynada gündəm yaradıb. 

Milli.Az unikal.org-a istinadən bildirir ki, bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski Putinin bu ifadəsinə reaksiya verib.  

Mətbuata danışan Zelenski, "Ruslarla Ukraynalılar arasında ortaq bir çox şey var. Tariximizin bir hissəsi ortaqdır, xatirələrimiz, qonşularımız, qohumlarımız, faşizm üzərində ümumi zəfərlərimiz və paylaşılan faciələrimiz var, amma bu bizi eyni millətdən yaratmır. Ukraynalılar və ruslar eyni millətdən olsaydılar, Ukrayna bayrağı Moskvada, Rusiya Dövlət Dumasında dalğalanılar və grivnadan (Ukrayna pulu) istifadə edilərdi".

Zelenski həmçinin Donbasdakı vəziyyətdən danışıb:

"Məqsədimiz Donbasdakı müharibəni bitirmək və Ukraynaya torpaqlarını qaytarmaq olmalıdır. Bu, açıq şəkildə torpaqları işğal edərək eyni millətdən olmamaqla müharibəni davam etdirmək demək deyil ".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.