Dünya

ABŞ Əfqanıstanda min nəfərə yaxın əsgər saxlayacaq

30 İyun 2021 22:20
0 Şərh     Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hərbi kontingentinin əsas hissəsini Əfqanıstandan çıxardıqdan sonra Kabildəki səfirliyini və hava limanını mühafizə etmək üçün bu ölkədə çox güman ki, minə yaxın əsgər saxlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rəsmi şəxslər dairəsindəki mənbənin məlumatına görə, ABŞ bir neçə gün ərzində qoşunların Əfqanıstandan çıxarılma prosesini başa çatdıra bilər. Lakin ölkədə qalacaq NATO qüvvələrinin dəqiq sayı hələ məlum deyil.

Bir müddət öncə Associated Press agentliyi Vaşinqtonun diplomatların təhlükəsizliyini təmin etmək üçün Əfqanıstanda təxminən 650 əsgər saxlayacağı barədə məlumat yaymışdı. Həmçinin bir neçə yüz amerikalı hərbçi Türkiyə əsgərləri ilə birgə sentyabr ayınadək Kabil aeroportunda təhlükəsizliyin təmin edəcək. Onlar türk hərbçiləri hava limanının mühafizəsini öz üzərinə götürənə qədər orada qalacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden aprelin 14-də Birləşmiş Ştatlar tarixində ən uzunmüddətli xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlayıb və əməliyyatın pik dövrü sayılan 2010-2013-cü illərdə bu ölkədəki xarici qoşunların sayı 150 min nəfərdən çox olub. ABŞ və NATO-nun əsas qoşun hissələri 2014-cü ildə Əfqanıstandan çıxarılıb. Bu ilin mayında Birləşmiş Ştatlar öz qoşunlarını Əfqanıstandan tamamilə çıxarmağa başlayıb və bu prosesin sentyabrın 11-dək tamamlanacağı planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.