Dünya

Floridada bina uçqununda ölənlərin sayı artır - FOTO

29 İyun 2021 08:18
0 Şərh     Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 150 nəfərin taleyi naməlum olaraq qalır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

"11 nəfərin ölümü təsdiqləndi", - Kava belə deyib.

Kavanın sözlərinə görə, rəsmi qurumlar evdə neçə nəfərin olduğu barədə məlumatları dəqiqləşdirməyə çalışırlar. O bildirib ki, ölənlərin və xəsarət alanların ailələrinə xeyriyyə yardımı olaraq təxminən 1,6 milyon dollar toplamaq mümkün olub.

Mayami-Deyd dairəsi rəhbərinin sözlərinə görə, fövqəladə hallar xidmətinin əməkdaşları çökmüş evin dağıntılarının təmizlənməsində ağır texnikalardan da istifadə edəcəklər. Buna baxmayaraq, xilasetmə əməliyyatı davam etdirilir.

"Onlar ərazini tam incələmək üçün əllərindəki bütün resurslardan - kameralar, itlər və exolokatorlardan - istifadəni davam etdirirlər. Həmçinin dağıntıları təmizləmək üçün ağır texnikadadan da istifadəyə başlayacaqlar", - deyə o bildirib.

Qaydalara əsasən, xilasetmə əməliyyatlarında canlı insanların tapılacağının ümid edildiyi yerlərdə ağır texnikadan istifadə edilmir.

Qeyd edək ki, mayın 24-də Mayaminin bir hissəsi olan Serfsayd şəhərciyində 12 mərtəbəli binanın bir hissəsi çöküb. Rəsmi qurumlar yaşayış kompleksindəki 130 mənzildən təxminən yarısının dağıldığını bildiriblər. Hazırda axtarış işləri davam edir.

Bundan əvvəl "New York Times" qəzeti yazıb ki, üç il əvvəl bu binaya baxış keçirən bir mühəndis evin konstruksiyasında "ciddi zədə" aşkarlanması barədə xəbərdarlıq etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.