Dünya

Minlərlə Facebook parolu Rusiya saytında satışa çıxarılıb

30 Aprel 2010 12:04
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, bu məlumatlar Rusiyadakı bir internet saytında satışa qoyulub. Hər min nəfərə məxsus məlumat 45 dollara satılıb. Bu məlumatlardan cinayət məqsədilə istifadə oluna biləcəyinə dair narahatlıqlar var.

Amerikanın informasiya texologiyaları təhlükəsizliyi şirkəti "iDefence" deyir ki, "Facebook"dakı şəxsi detallların Rusiyanın internet saytında satışı bir neçə ay davam edib. Özünü Kirillos adlandıran şəxs satışı reklam edib.

Deyilənlərə görə, məlumatlarda 1 milyon yarım istifadəçinin parolu və login detalları varmış. "Facebook" bu barədə şərh verməyib.

Təhlükəsizlik ekpsertləri deyir ki, "Facebook"-un özünün hak olunub-olunmadığı məlum deyil. Təhqiqatçılar məlumatın "Facebook"-dan yox, minlərlə şəxsi kompüterdən götürülməsi nəzəriyyəsini araşdırırlar.

Bu məlumatların satışa çıxarılması informasiya texnologiya cinayətlərinin Rusiyadan yayılması məsələsini bir daha diqqət mərkəzinə gətirib. Ölkənin təhsil sistemi güclü kompüter ekspertləri yetişdirməyə qadirdir. Bir çoxları Rusiyada legitim karyera yolu seçir və yaxud Qərbdə daha gəlirli işlərə baş vurur, amma kompüter cinayətlərinə qoşulmaq qərarına gələnlər də yaxşı pul qazanır.

Ekspertlər deyir ki, biznesmenlərin və yaxud hökumətə yaxın təşkilatların işə götürdüyü hakerlər Rusiyada bir problemdir. Narahatlıq bundadır ki, "Facebook"-dan götürülmüş real məlumatlar şəxsiyyətin, kredit kartların oğurlanması və yaxud milyonlarla spam elektron məktubların göndərilməsi məqsədilə istifadə oluna bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.