Dünya

Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var

20 İyun 2021 22:16
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın cənubunda yerləşən Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə birləşmiş xilasetmə və yanğınsöndürmə xidmətinin nümayəndəsi Zuzana Faytova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 2 nəfər olub, onlardan 1-i qəza nəticəsində həlak olub. Qəzada yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbi hələki müəyyən edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.