Dünya

Moskva ali məktəblərinə distant təhsil formasına keçmək tövsiyə edilib

14 İyun 2021 21:45
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Elm və Ali Təhsil Nazirliyi Moskvanın ali məktəblərinə distant təhsil formasına keçməyi tövsiyə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazirlik distant təhsilə keçid mümkün olmadıqda, COVID-19 əleyhinə tədbirlərə ciddi riayət edilməsinə nəzarəti artırmağı məsləhət görüb.

Qeyd edək ki, ötən gün Moskvada 6590 nəfərdə koronavirus aşkar edilib, 72 nəfər vəfat edib.

Ümumilikdə Rusiyada iyunun 13-də 13 721 nəfərin koronavirusa yoluxduğu məlum olub, 271 xəstə vəfat edib. Hazırda 285 960 nəfər bu xəstəlikdən müalicə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.