Dünya

Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

13 İyun 2021 10:49
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın şimalındakı O-de-Frans bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Voix du Nord" qəzeti məlumat yayıb.

Məlumata görə, turizm təyyarəsi şənbə günü günortadan əvvəl Vambreşi kommunasında qəzaya uğrayıb. Qəza təyyarə Bondü aerodromundan havaya qalxdıqdan bir qədər sonra baş verib. Vambreşidə təyyarə yerli restoranlardan birinin yaxınlığında yerə düşüb.

"Təyyarədə Bezyedən olan bir ailə var idi, onlar dünən gəliblər və Belçikadakı qohumlarını görmək üçün uçurdular", - deyə qəzet Vambreşinin meri Sebastien Bronyarın sözlərini sitat gətirib.

Yerli sakinlər, qəzetin qeyd etdiyi kimi, təyyarənin düşməzdən əvvəl mühərrikinin necə qeyri-adi bir "yüksək səs" çıxardığını eşitdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.