Dünya

Rusiyada alkoqoldan ölənlərin sayı artıb

12 İyun 2021 13:22
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il ərzində Rusiyada alkoqoldan ölənlərin sayı 50 435 nəfər təşkil edib. 2019-cu ildə bu səbəbdən ölənlərin sayı 47 427 nəfərə bərabər olub. Bununla belə, 2019-cu ildə əvvəlki illə (48 786 nəfər) müqayisədə alkoqoldan ölənlərin sayında azalma qeydə alınmışdı.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Statistika Xidmətinin ("Rosstat") açıqlamasında deyilir.

Məlumata görə, Rusiyada psixiki pozuntular səbəbindən ölənlərin sayı 2020-ci ildə 24 159 nəfər təşkil edib. 2019-cu ildə bu səbəbdən ölənlərin sayı əvvəlki illə (19 440 nəfər) müqayisədə 20% azalıb. 2018-ci ildə psixiki pozuntular səbəbindən ölənlərin sayı 20 619 nəfərə bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.