Dünya

Ermənistanın Kəlbəcər təxribatı - VİDEO

12 İyun 2021 11:14
Baxış: 1 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paşinyan sərhədə "hərbi birləşmələr" cəlb etmək istəyir

Milli.Az Real TV-ə istinadən bildirir ki, Ermənistanın Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozması və hədəfin məhz Kəlbəcər seçilməsinin arxasında bir sıra gizli məqamlar var. Ən əsası isə Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan Qərb ölkələrindən ibarət olan hərbi birləşmələri sərhəddə cəlb etmək istəyir.

Bölgədə vəziyyətə nəzarət edən rusiyalı sülhməramlıların bu məsədə səlahiyyətlərinə gəlincə,

Millət vəkilləri və politoloqlar bildirir ki, Ermənistan bu təxribatları törətməklə seçkiöncəsi bölgədə qarşıdurma yaratmağa çalışır.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində atəşkəsi pozması ilə bağlı məlumat yayıb. Faktı təsdiqləyən Azərbaycan Müdafiə Nazirliyi atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyəti sırasında həlak olan və ya yaralananların olmadığını bildirib. Ermənistanın bu təxribatını seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək niyyəti ilə həyata keçirdiyini acıqlayıb. Baş vermiş hadisəyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.