Dünya

Vaksinasiya olunmuş avropalıların Fransaya səfəri zamanı PCR testi tələb olunmayacaq

6 İyun 2021 19:49
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 9-dan etibarən Avropa Birliyinin qəbul etdiyi "Pfizer", "Moderna", "AstraZeneca" və "Janssen" peyvəndləri vurulmuş avropalılardan Fransaya gəlişi zamanı PCR testi tələb olunmayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransanın turizm üzrə dövlət katibi Jan-Batist Lömuan məlumat verib. Bildirib ki, İsrail, Avstraliya və Yaponiya kimi ölkələrin vətəndaşları da bu müddəadan bəhrələnə biləcəklər.

Vurğulayıb ki, İsrail ən çox peyvənd vurulan ölkədir. Hər 10 sakindən 6-sına peyvəndin hər iki dozası vurulub.

Həmçinin Kanada (59 faiz), Birləşmiş Krallıq (58,3 faiz), Çili (56,6 faiz) və ABŞ (51 faiz) kimi ölkələr peyvənd vurulmasına görə öndə gedən ölkələrdəndir. Halbuki Avropa Birliyi zonasında ümumi əhalinin yalnız 39 faizi peyvənd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.