Dünya

Zelenski jurnalistləri kababa qonaq etdi - FOTO

6 İyun 2021 13:18
Baxış: 2 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 6-da Ukrayna Prezidenti Vladimir Zelenski KİV nümayəndələri ilə təbiətdə qeyri-rəsmi görüş keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hər il bu tarixdə Ukraynada Jurnalistlər günü qeyd olunur.

"Jurnalistlərin peşə bayramı ərəfəsində onlarla gün keçirdim. Bu dəfə - öz əllərimizlə hazırladığımız kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabusuz söhbət, kəskin suallar və mənim dürüst cavablarım. Belə görüşlərin artıq yaxşı ənənəyə çevrilməsi xoşdur", - Zelenski instaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti bir il əvvəl də analoji görüş keçirib. Onda Prezident və media işçiləri velosiped sürmüşdülər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.