Dünya

G7 kasıb ölkələrə 2,3 milyard doza vaksin ayıracaq

13 İyun 2021 19:48
Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Böyük Yeddilər" (G7) inkişaf etməkdə olan ölkələrə 2022-ci ilin sonuna qədər 2,3 milyard doza vaksin ayıracaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar İngiltərədə Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib.

Bu vaksinlərin əksəriyyəti COVAX platforması üzərindən paylanacaq.

Bu gün keçirilən mətbuat konfransında Almaniya Baş naziri Angela Merkel bildirib ki, pandemiyaya ancaq qlobal səylə qalib gəlmək olar: "Pandemiyadan çıxış yolu vaksindir. Biz dünən bu məsələni geniş müzakirə etdik və 2022-ci ilin sonuna qədər inkişaf etmiş ölkələrə 2,3 milyard doza vaksin ayrılmasına qərar verdik".

A. Merkel dünya ölkələrini Ümumdünya Səhiyyə Təşkilatına kömək etməyə və COVAX platformasını möhkəmləndirməyə çağırıb: "Almaniya COVAX çərçivəsində kasıb ölkələrə 350 milyon doza vaksinin ayrılmasını maliyyələşdirir".

Almaniya Baş naziri vaksinin istehsal coğrafiyasını genişləndirməyə çağırıb və Afrikada vaksin istehsalına başlanılmasını təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.