Dünya

İtaliya polisi 225 milyon avro dəyərində narkotik vasitə aşkarlayıb

4 İyun 2021 21:25
Baxış: 1 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya polisi Cənubi İtaliyada yerləşən Kalabriya regionunun Coya Tauro şəhərində bir tondan artıq kokain müsadirə edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, maliyyə polisi bananla yüklənmiş konteynerdə aşkarlanan kokainin yalnız mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən göndərilə biləcəyini bildirib.

Təhqiqatçılar hesab edirlər ki, müxtəlif qatqılar sayəsində həcmi dörd dəfəyədək artırıla biləcək narkotikin dəyəri qara bazarda təxminən 225 milyon avrodur. Narkotik vasitənin Cənubi Amerikada kokainin ən çox istehsal olunduğu Ekvadordan göndərilildiyi də qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.