Dünya

Çində sərnişin qatarı 9 nəfəri vuraraq öldürüb

4 İyun 2021 10:00
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Uyğur Muxtar Vilayətinin inzibati mərkəzindən - Urumçi şəhərindən Zejianq əyalətinin Hançjou şəhərinə gedən sərnişin qatarı dəmir yolu xətti üzərindəki işçiləri vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 9 dəmir yolu işçisi dünyasını dəyişib.

Hadisə Qansu vilayətinin Jinçanq mahalında yolun 401 kilometrliyində qeydə alınıb.

Qataraın tam sürətlə hərəkət etdiyi bildirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.