Dünya

Qəbirstanlıqda dəhşətli hadisə: Əvvəl məzar qazdırdı, sonra təcavüz etdi

2 İyun 2021 14:36
Baxış: 3 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində keçmiş ər-arvad arasındakı əlbəyaxa mübahisə sonda cinayətlə nəticələnib. 

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, türkiyəli iki gənc uzun illərdir evli olublar, lakin son vaxtlar aralarında yaranan gərgin münasibət sonrası ayrılmağı qərara alıblar. Bunu görən gənc qadın məhkəməyə müraciət edərək yoldaşı üçün 3 aylıq uzaqlaşdırma qərarı alıb. 
 
Məlumata görə, keçmiş həyat yoldaşının bu addımı İ.G-nı qəzəbləndirib və o, bundan sonra yoldaşını təhdid etməyə başlayıb. Bir neçə gün sonra İ.G öz keçmiş həyat yoldaşını qaçırıb və onu atasının dəfn olunduğu qəbirstanlıqa gətirib. Burada ona məzar qazdırıb və sonda ona təcavüz edərək öldürüb. 
 
Qeyd edək ki, Türkiyə polisi faktla bağlı araşdırmalar aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.