Dünya

Almaniya əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub

31 May 2021 22:06
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya əhalisinin 50 faizindən çoxu koronavirus əleyhinə peyvənd olunub, 17,7 faizi isə tam vaksinasiyadan keçib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan özünün tvitter səhifəsində yazıb. "Almanların 43 faizi (35,75 milyon nəfər) vaksinin azı bir dozasını əldə edib, 17,7 faizi (14,6 milyon nəfər) isə tam vaksinasiya olunub", - deyə Yens Şpan bildirib.

Səhiyyə naziri bir müddət öncə ARD telekanalına müsahibəsində iyul ayının ortalarına qədər ölkə əhalisinin 90 faizinin vaksinasiya ediləcəyini deyib.

Almaniyada koronavirus əleyhinə peyvənd kampaniyası ötən il dekabrın sonlarında başlayıb. Vaksinasiya, ilk növbədə, yaşlı vətəndaşlar, həkimlər, vacib sosial peşə işçiləri arasında aparılıb. Hakimiyyət orqanları iyunun 7-dən etibarən vaksinasiya prosesində növbəliliyi aradan qaldırmağı planlaşdırır.

Qeyd edək ki, Almaniyada vaksinasiya üçün "BioNTech" və "Pfizer" konsorsiumu, həmçinin "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" kompaniyaları tərəfindən hazırlanan peyvəndlərdən istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.