Moskva vilayətində bir ailənin dörd üzvü qətlə yetirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Moskva ətrafında yerləşən Şolkovo rayonunda baş verib.
Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş idarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiy bildirib ki, Şolkovo rayonunda yerləşən çoxmərtəbəli binada yerləşən mənzildə dörd nəfərin meyiti tapılıb.
Onun sözlərinə görə, 40 yaşlı qadın, 17 və 11 yaşlı uşaqların meyitlərinin üzərində kəsilmiş-deşilmiş yaralar olub, 42 yaşlı kişinin meyitinin üzərində isə görünən zədələr aşkar olunmayıb.
Kişinin meyitinin yanında sirkə turşusu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                    
                                     
                    
                                    