Dünya

Makron üzr istədi

27 May 2021 19:48
Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron ilk dəfə olaraq ölkəsinin Ruanda soyqırımına görə məsuliyyət daşıdığını bildirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Makron Ruandanın paytaxtı Kiqalidə soyqırımı abidəsinin qarşısında çıxışı zamanı deyib.

"Fransa öz rolunu oynadı və Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıyır. Həmçinin, Fransa tarixin üzünə baxaraq, həqiqət də Ruanda xalqına əzab verdiyini etiraf etməyə borludur. Fransa başa düşmədi ki, regional toqquşmanın, yaxud vətəndaş müharibəsinin qarşısını almağa çalışmaqla əslində genosid rejiminin tərəfində olub", - deyə Makron ölkəsinin törətdiyi soyqırımı cinayətini etiraf edib.

Fransa prezidenti buna görə Ruanda xalqından üzr istəyib.

Xatırladaq ki, 1994-cü ilin aprelindən iyun ayına qədər Ruanda soyqırımı zamanı 800 minə yaxın insan qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.