Dünya

Rusiyaya turist kimi getmək istəyənlərin nəzərinə

26 May 2021 23:39
Baxış: 1 453
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin hotel rezervasiyası olan əcnəbi turistlərə altı aylıq viza verilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əcnəbi turistlər qarşılıqlılıq prinsipinə görə bir aylıq və  ya altı aylıq viza ala biləcəklər.

Rəsmi olaraq yayımlandıqdan sonra qüvvəyə minəcək qanun əcnəbi turistlərə vətəndaşı olduqları ölkələrin rus turistlərə qarşı siyasətinə baxmayaraq viza verilməsinə şərait yaradır.

Qeyd edək ki, pandemiya səbəbindən Rusiyanı ziyarət edən əcnəbi turistlərin sayında nəzərəçarpan azalma müşahidə olunub.

Yanvar-mart aylarında 1 milyon 830 min əcnəbi Rusiyaya gəlib ki, bunların sadəcə 13 min 400-ü turizm məqsədilə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.