Dünya

Alyaskada uçuşlar üçün qırmızı təhlükə kodu elan olunub

26 May 2021 21:45
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Alyaska ştatının hakimiyyət orqanları Böyük Sitkin vulkanının püskürməsi ilə bağlı aviasiya üçün qırmızı təhlükə kodu elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat vulkanları müşahidə Mərkəzinin (Alaska Volcano Observatory) saytında yer alıb. Məlumata görə, vulkan bu gün UTC vaxtı ilə saat 05:04-də (Bakı vaxtı ilə 09:04) püskürməyə başlayıb. Püskürmə bir neçə dəqiqə davam edib. Vulkandan havaya 4,5 min metr hündürlüyündə kül dumanı qalxıb.

Qısamüddətli püskürmədən sonra vulkanın seysmik aktivliyi azalıb. Lakin Mərkəz yeni püskürməni istisna etmir. "Aviasiya kodu qırmızı olaraq qalır", - deyə Mərkəzdən bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.