Dünya

Türkiyə ilə Polşa arasında 5 sahə üzrə saziş imzalanıb

24 May 2021 23:20
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Polşa Prezidenti Andji Duda ilə ikitərəfli və heyətlərarası görüşdən sonra tərəflər arasında idman, turizm, müdafiə sənayesi, kənd təsərrüfatı sahəsində sazişlər imzalanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, tərəflər arasında "İdman sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Turizm sahəsində Əməkdaşlıq üzrə Birgə Bəyannamə", "Müdafiə Sənayesində Gizli Məlumatları Qarşılıqlı Qoruma Müqaviləsi", "Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu" və "Bayraktar TB2 Silahlı Pilotsuz Hava Vasitələri Sistemləri Satınalma Sazişi" sənədləri qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.