Dünya

Əlverişsiz hava Türkiyənin şərqində ciddi fəsadlar yaradıb

24 May 2021 20:24
Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Getdikcə güclənməkdə olan yaz yağışları və əlverişsiz hava şəraiti Anadolu coğrafiyasında bir sıra problemlər yaratmaqda davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir neçə gün əvvəl Türkiyənin qərb bölgəsində baş verən güclü yağışlar və fırtına bu dəfə ölkənin şərqində müşahidə olunub. İğdır vilayətinin Aralıq və Qaraqoyunlu rayonları ərazisində davamlı daşqınlar baş verib, güclü külək evlərin damını atıb, əkin sahələrini sel basıb.

Daşqınlar səbəbindən bir neçə şosedə, eləcə də müvəqqəti bağlanan Türkiyə-Naxçıvan yolu bərpa və təmizlik işlərindən sonra yenidən nəqliyyatın hərəkətinə açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.