Dünya

Lukaşenkodan ŞOK ƏMR: Sərnişin təyyarəsi qırıcıların təhdidi ilə zorla endirildi - Avropa ayağa qalxdı

24 May 2021 10:33
Baxış: 2 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Afinadan Vilnüsə uçan sərnişin təyyarəsinin Minskdə zorla endirilməsi ilə bağlı gərginlik davam edir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, qərb ölkələri Belerusu qırıcıların hədəsi ilə Minskə zorla endirilən təyyarə ilə bağlı sərt tənqid edib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, London Belarusa qarşı atıla biləcək addımları müttəfiqləri ilə müzakirə edir. Açıqlamaya görə, Lukaşenkonun qəribə addımı ciddi nəticələrə səbəb olacaq. Avropa Birliyi Komissiyasının açıqlmasında da, Belarusun addımı tənqid olunub. Polşa, Litva və digər Avropa ölkələri Belarusa qarşı sanksiyaların tətbiq edilməsini tələb edir.

Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi səbəbilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.