Dünya

İrandan ərazisində 160 erməni əsgərin olması barədə iddialara cavab

23 May 2021 16:01
Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Yerevandakı Səfirliyi İran ərazisində 160 erməni hərbçisinin olduğu barədə şayiələri təkzib edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səfirliyin müvafiq bəyanatını "parstoday.com" saytı yayımlayıb.

Bəyanatda deyilir:

"İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi bəzi erməni KİV-də 160 erməni əsgərin İranda olması, İran tərəfinin isə onların geri qaytarılması üçün şərt irəli sürməsi barədə yayılan şayiələri yalan və əsassız hesab edir".

Qeyd edək ki, bir sıra erməni KİV-i 160 erməni əsgərinin 44 günlük müharibə zamanı İran sərhədini keçdiyinə dair məlumatlar yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.