Dünya

Macarıstanda məcburi maska rejimi ləğv ediləcək

21 May 2021 22:49
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan əksər sanitar məhdudiyyətlər ləğv ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Obran "Kossuth Radio" radiostansiyasının efirində deyib. "Komendant saatı və ictimai yerlərdə maska taxmaq məcburiyyəti ləğv ediləcək", - deyə Viktor Obran bildirib.

Bundan əlavə, açıq məkanlarda 500 nəfərdən çox insanın toplaşdığı mərasimlərə və açıq havada idmana icazə veriləcək. Toylar məhdudiyyət olmadan keçirilə biləcək. Bununla yanaşı, qapalı məkanlarda ictimai tədbirlər yalnız vaksinasiyadan keçənlər üçün əlçatan olacaq. Lakin yumşalmanın qüvvəyə minmə tarixi barədə qərar hələ qəbul edilməyib.

Baş nazir ölkədə məhdudiyyətlərin aradan qaldırılmasını əhalinin sürətli vaksinasiyası ilə əlaqələndirib. Onun sözlərinə görə, Macarıstan hazırda pandemiya baxımından digər Avropa ölkələrindən daha təhlükəsizdir. Həftə sonunadək 5 milyon insanın vaksinasiyası təmin olunacaq.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda Macarıstanda 801 mindən çox insan koronavirusa yoluxub, 661 min insan sağalıb, 29 min 427 nəfər isə infeksiya səbəbindən həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.