Dünya

Şoyqu Arutyunyanla danışıqlar apardı

20 May 2021 10:24
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət əsnasında bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi bölgələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, bundan əvvəl mayın 17-də Rusiya və Ermənistanın müdafiə idarələri rəhbərləri arasında baş tutan telefon danışığında da ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatının müzakirə edildiyi açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.