Rusiyalı aktrisa Tatyana Proçenko 54 yaşında vəfat edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə aktrisanın əri Aleksey Voytyuk bildirib.
Onun ölümünə üç il əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəb olub.
Qeyd edək ki, Tatyana Proçenko sovet dövrünün məşhur "Buratinonun macəraları" filmində Malvina obrazını canlandırıb.
Milli.Az