Dünya

Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib

19 May 2021 20:27
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın Uşaq və Gəncləri Qoruma Milli Komissiyası COVID-19 pandemiyasının ölkədə uşaqların vəziyyətini pisləşdirdiyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, komissiyanın məlumatına görə, "Uşaqlar təhlükədədir" telefon xəttinə bir il ərzində kiçik ailə üzvlərinə qarşı psixoloji, emosional və fiziki zorakılıq halları ilə bağlı 2702 əsaslı şikayət daxil olub.

Komissiyanın prezidenti Rosario Farmhausun sözlərinə görə, koronavirus pandemiyasına görə tətbiq olunmuş karantin rejimi yalnız zorakılıqdan deyil, həm də valideynlərin işsiz qalmasından, baxımsızlıqdan əziyyət çəkən uşaqlarda ciddi neqativ hallar yaradır. Təəssüf ki, pandemiyanın yaratdığı belə bir həssas vəziyyətlə böyüklər öz əsəblərini çox vaxt uşaqlarından çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.