Onlarla ölkə koronavirusa qarşı vaksinin hələ də heç bir dozasını almayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVID-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. ÜST qeyd edir ki, vaksin çatışmazlığı və onların çatdırılmasında gecikmələr Afrika ölkələrinin koronavirusa qarşı vaksinləmə prosesində dünyanın qalan hissəsindən daha çox geri qalmasına gətirib çıxarır. Hazırda dünyada tətbiq olunan vaksinlərin yalnız 1 faizi Afrika qitəsinin payına düşür.
Vaksinin olmadığı yerlərdə COVID-19-un narahatlıq doğuran yeni ştammlarının peyda olması ehtimalı mövcuddur. Səhiyyə resurslarının çatışmazlığı bir çox ölkədə koronavirusun təsirinin miqyasını müəyyənləşdirməyi çətinləşdirir.
Çad koronovirus pandemiyası başlayandan bəri yalnız 170 ölüm faktını təsdiqləyib. Lakin bu virusun yayılmasını dayandırmaq cəhdləri çox kövrəkdir. Parisdən və digər ölkələrdən müntəzəm uçuşlar infeksiya göstəricilərini 4835-dək yüksəldib.
Havanın temperaturunun 43,5 dərəcəyə yüksəldiyi Çadda vaksinlərin təhlükəsizliyini təmin edə biləcək soyuducu anbarların quraşdırılacağı təqdirdə, "Pfizer" vaksininin bir neçə dozasının ölkəyə gələn ay çatdırılacağı gözlənilir.
ÜST-nin məlumatlarına görə, Qərb yarımkürəsinin 11 milyondan çox əhalisi olan ən yoxsul ölkəsi Haitidə bir nəfər də olsun peyvənd olunmayıb. Halbuki, Haiti COVAX platforması vasitəsilə 756 min doza "AstraZeneca" vaksini almalı idi. Lakin hökumət rəsmiləri ölkədə vaksinlərin saxlanması üçün heç bir infrastrukturun olmamasını əsas götürərək həmin immunizatorlardan imtina etmək məcburiyyətində qalıb.
300 min əhalisi olan Vanuatuda koronavirusa yoluxma halı yalnız üç nəfərdə qeydə alınıb. Bu ölkəyə "AstraZeneca" vaksinin ilk dozalarının bu ayın sonunda çatdırılacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
"Tələsməyə ehtiyac yoxdur"
XƏBƏR LENTİ
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama





