Dünya

Gürcüstan koronavirusa qarşı "Sinovac" vaksininin tətbiqinə başlayır

13 May 2021 15:52
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı olan "Sinovac" vaksininin tətbiq edilən digər vaksinlərdən daha az yan təsirləri var".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib. Bildirib ki, ÜST-ün vaksinlə bağlı ilkin qiymətləndirməsində onun "kifayət qədər yaxşı" olduğu qeyd olunub.

A. Qamkrelidze qeyd edib ki, dünyada 100 milyondan çox adamın peyvəndlənməsində istifadə edilən "Sinovac" vaksininin Gürcüstanda tətbiqinə gələn həftədən başlanacaq.

Qeyd edək ki, Çin ötən ay Gürcüstana 100 min doza "Sinovac" vaksini hədiyyə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.