Dünya

Fələstin bayrağına görə klub və azarkeşləri arasında GƏRGİNLİK

13 May 2021 12:04
Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şotlandiya təmsilçisi "Seltik"in azarkeş qrupu klubun stadionuna Fələstin bayraqları assa da, rəhbərlik həmin bayraqları yığışdırıb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "North Curve Celtic" azarkeş qrupu Tvitter-dən klubun bu hərəkətini qınayıb: "Xəyal qırıqlığı yaşadıq, amma təəssüflər olsun ki, buna təəccüblənmədik. Biz Fələstin bayrağını dalğalandırmağı insanlıq naminə atılan bir addım kimi qiymətləndirərkən, bayraqların yığışdırılması "Seltik" klubunun dəyərlərindən nə qədər uzaqladığını göstərir. Şiddətə qarşı tərəfsiz qalmaq, təzyiq göstərən tərəfin yanında olmaq deməkdir".

"Seltik" klubu isə açıqama verərək, azarkeşləri vəziyyətdən sui-istifadə etməkdə ittiham edib. Açıqlamada bildirilib ki, komandanın kapitanı Skot Braun üçün pankartlar göstərilməsinə icazə verilsə də, tərəfdarlar icazəsiz bayraqlar asıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.