Dünya

İtkin düşən nazir tapıldı

10 May 2021 21:59
Baxış: 1 556
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Omsk hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, o, normal vəziyyətdədir və xəstəxanada yoxlamalardan keçir.

Qeyd edək ki, Muraxovski 7 mayda ova getmiş və yoxa çıxmışdı.

Muraxovski Omskun səhiyyə naziri təyin edilməzdən öncə Navalnının müalicə edildiyi xəstəxananın baş həkimi kimi çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.