Dünya

Koronavirusun müalicəsində istifadə edilən steroid nadir rast gəlinən infeksiya yaratdı

10 May 2021 09:47
Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistandakı həkimlər ölkədə "mukormikoza" adlanan nadir və aqressiv göbələk infeksiyasının yayıldığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, "mukormikoza" ən çox nəm otaqlarda, səthlərdə, torpaqda, bitkilərdə, çürüyən tərəvəz və meyvələrdə nadir rast gəlinən göbələk sporudur.

Mütəxəssislər bildirib ki, bu infeksiya tənəffüs vasitəsilə insanlara keçə bilir: "Bu infeksiya beynə, ağ ciyərlərə təsir edir. Şəkərli diabet, xərçəng xəstələri və ya HİV, QİÇS kimi ağır immun çatışmazlığı olan insanlar üçün həyati təhlükə yarada bilər".

İnfeksiyanın meydana gəlməsi isə koronavirusun müalicəsində istifadə edilən steroidlə əlaqələndirilir.

Hindistanlı mütəxəssislər, bu səbəbdən ümumi ölüm nisbətinin 50 faizə çata biləcəyini açıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.