Rusiyada son sutka ərzində daha 8419 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 880 262 nəfərə çatıb.
Son sutka ərzində 334 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 113 326 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.
Milli.Az