Qərargah koronavirusdan ölənlərin sayını üç dəfə azaldıbmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada koronavirusdan ölənlərin sayı barədə Statistika Komitəsi ilə Operativ Qərargahın açıqladığı rəqəmlər arasında düz üç dəfə fərq yaranıb. Məlum olub ki, virusdan ölənlərin sayı pandemiyanın başlamasından bu yana Operativ Qərargahın açıqladığı kimi, 110 min nəfər deyil, 330 min nəfərə yaxındır.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Statistika Komitəsi ("Rosstat") 2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər ölkədə 249 min 702 nəfərin koronavirusun yaratdığı fəsadlar nəticəsində öldüyünü müəyyən edib. Üstəlik 166 858 halda virus ölümün əsas səbəbidir. Koronavirus aşkar edilən daha 82 min 844 pasiyent isə başqa xəstəliklərin ağırlaşması nəticəsində ölüb. Beləliklə, pandemiya nəticəsində Rusiyada ölənlərin sayı 330 mini keçir. Bu, əhali sayı nisbətində götürəndə dünya üzrə 3-cü ən yüksək ölüm göstəricisidir.
Yeni növ koronavirus infeksiyası ilə mübarizə üzrə yaradılmış federal operativ qərargah isə mayın 1-də ölkə üzrə indiyədək cəmi 110 min 520 nəfərin koronavirusdan öldüyünü bildirir. Beynəlxalq statistikada da məhz bu rəqəm əksini tapır.
Operativ qərargahla Statistika Komitəsinin rəqəmləri arasında bu cür kəskin fərqin yaranmasını müxtəlif hesablama metodikası ilə izah edirlər. Bundan əvvəl də demoqraf-mütəxəssislər Rusiyada illik ölüm statistikasını təhlil edərək koronavirusdan ölənlərin operativ qərargah tərəfindən açıqlanan sayının reallıqlara uyğun olmadığını bildirmişdilər.
Statistika Komitəsi hesablayıb ki, 2021-ci ilin martına qədər ölənlərin sayı bir il əvvəl ölənlərin sayından 26 faiz çoxdur. Başqa sözlə, ötən illərdə qeydə alınan ölüm halları ilə pandemiya dövründə qeydə alınan ölüm halları arasında 360 min nəfər fərq yaranıb. "Reuters" isə bu rəqəmin 400 mini keçdiyini bildirir.
Rusiya hakimiyyəti ölkədə koronavirus epidemiyasının nəzarət altında olduğuna inandırır, gündəlik yoluxma halları 10 mindən yuxarı deyil, hərçənd 7 mindən aşağı da düşmür.
Aprelin sonlarında "Bloomberg" agentliyi bildirmişdi ki, Rusiyada koronavirusun üçüncü dalğası başlayıb. Çünki operativ qərargahın koronavirusla bağlı optimist dəyərləndirmələri rusiyalıların virusdan qorxmamasına və vaksin vurdurmağa həvəs göstərməməsinə gətirib çıxarıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı





